Güləş üzrə Avropa çempionatında mübarizə aparan Türkiyə güləşçisi Rıza Kayaalp yarımfinalda azərbaycanlı Beka Kandelakiyə qalib gələrək finala yüksəlib və döyüşdən sonra rəqibinin forması üzərindəki Azərbaycan bayrağını öpüb.
Publika.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında çıxış edən Kayaalp 12 qat Avropa çempionu kimi rusiyalı keçmiş güləşçi Karelinlə ortaq rekordu bölüşür.
Kayaalp 13-cü dəfə Avropa çempionu olmaq üçün finalda dünya çempionu, olimpiya üçüncüsü rusiyalı Sergey Semyonov ilə qarşılaşacaq.