İndoneziyada keçirilən Asiya Oyunlarında faciə baş verib.
Publika.az xəbər verir ki, 17 yaşlı çinli badmintonçu Çang Çiyienin oyun vaxtı halı pisləşib. O, bundan sonra üzü üstə yerə yıxılıb.
Gənc idmançı dərhal xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Çang Çiyie Ninderlandın Haarlem şəhərində keçirilən nüfuzlu Dutch Junior International turnirində fərdi yarışda çempion olub.
Heybət