"Opta" statistika platformasının superkompüteri milli komandaların Afrika Millətlər Kubokunu qazanmaq şanslarını proqnozlaşdırıb.
Publika.az xəbər verir ki, Seneqal turnirində qalib gəlmək üçün ən şanslı komanda hesab edilib - 12,8%. Təşkilatçı ölkə Fil dişi sahili 12,1 faizlə ikinci sırada qərarlaşıb.
Sonrakı pillələrdə Mərakeş (11,1%), Əlcəzair (9,7%), Misir (8,5%), Nigeriya (8%) və Kamerun (7,4%) milli komandaları qərarlaşıb.
Qeyd edək ki, Afrika Millətlər kuboku yanvarın 13-dən fevralın 11-dək keçiriləcək.
Heybət