Həkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, məşhur inancın əksinə olaraq, ürəkdə ağrıların olmaması bu orqanın sağlamlığından xəbər vermir.
Publika.az xəbər verir ki, o, "Ən mühüm şey haqqında" verilişində məşhur mifi təkzib edib.
Mütəxəssis bildirib ki, bəzən ürək-damar sistemində problem olan insanın ürəyi ancaq ölüm anında bunu büruzə verir.
“Ürəyiniz ağrıyanda - qabırğaarası nevralgiya deyil, ürəyiniz ağrıyır - bu o deməkdir ki, siz 15 ildir aterosklerozdan əziyyət çəkirsiniz. Bu o deməkdir ki, orada artıq fəlakətli sancılar var. Bu kömək üçün ürəkdən gələn fəryaddır” deyə, həkim xəbərdarlıq edib.
Myasnikovun sözlərinə görə, bəzi hallarda ciddi problemlər olsa belə, ürəkdə ağrı olmaya bilər. “İnfarkt var, amma ağrı yoxdur. Niyə? Sinir ucları sizə siqnal vermək qabiliyyətini itirir”, - deyə həkim izah edib və bu vəziyyəti çox təhlükəli adlandırıb.
Həkim mütəmadi olaraq tibbi müayinədən keçməyi və risk faktorlarını - qanda şəkərin səviyyəsini, qan təzyiqini, xolesterini yoxlamağı tövsiyə edib. O qeyd edib ki, bədən kütləsi indeksinizi və ailənizdə ürək xəstəliyi tarixinin olub-olmadığını bilmək də vacibdir.
Cəmilə