05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Gözəllik salonlarında bir sıra prosedurlar qadağan olunur

05 fev 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfindən qadağan olunur. Artıq bununla bağlı xəbərdarlıq da edilib.

QÜTB.AZ xəbər verir ki, tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla, inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, o cümlədən lazer üsulu epilyasiya, müalicəvi masaj üsulları və digər prosedurlar qadağan olunur. Bu prosedurların icra olunduğu müəssisələr isə qadağa ilə barışmırlar.

Həkim kosmetoloq Nigar Sultanovanın sözlərinə görə, bu prosedurlardan harada və necə gəldi istifadə onları da narahat edir. Amma bu qadağaların hər kəsə şamil olunması düzgün deyil.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Xəyalə Əliyevanın sözlərinə görə, prosesləri həyata keçirən özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

Qeyd edək ki, gözəllik mərkəzləri sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq icraata göndərilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur