29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkənin NATO istəyi Türkiyəni hərəkətə gətirdi: Qəbuledilməzdir

29 noy 2024 14:00
DÜNYA
ads
Advertisement

Kiprin Yunan administrasiyasının NATO-ya daxil olmaq planları “qəbuledilməzdir və regiondakı kövrək tarazlığı poza bilər”.

QÜTB.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Müdafiə Nazirliyindəki mənbə Kipr prezidenti Nikos Xristodulidisin açıqlamalarını şərh edərkən bildirib.

Xristodulides bundan əvvəl Kiprin ən qısa zamanda NATO-ya üzv olmaq niyyətini açıqlamışdı. O, həmçinin qeyd edib ki, ölkə silahlı qüvvələrinin müasirləşdirilməsi və müttəfiqlik standartlarına uyğunlaşdırılması üçün bütün mövcud resurslardan istifadə edir.

Türkiyə Müdafiə Nazirliyindəki mənbə vurğulayıb ki, NATO-nun genişləndirilməsi qərarı bütün üzv ölkələrin milli maraqları nəzərə alınmaqla yekdilliklə qəbul edilir.

“İndiki mərhələdə Cənubi Kiprin Yunan administrasiyasının NATO-ya üzv olmaq üçün müraciət etməsi Türkiyə üçün qəbuledilməz bir addımdır”, - mənbə bildirib.

“Kathimerini” qəzetinin yazdığına görə, Nikos Xristodulides oktyabrda ABŞ prezidenti Co Baydenə NATO ilə yaxınlaşma planını təqdim edib, həmçinin Buxarestdə keçirilən Avropa Siyasi Birliyinin sammitində alyansın baş katibi Mark Rutte ilə müzakirə edib.

Əvvəllər Kipr hakimiyyəti etiraf edirdi ki, NATO-ya üzvlük yolunda ciddi maneələr var. Kipri ​​dövlət kimi tanımayan Türkiyə, onun üzvlüyünə istər-istəməz etiraz edəcək. Bundan əlavə, Kipr hələlik alyansın bəzi standartlarına cavab vermir.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur