Türkiyədə havaların istiləşməsi ilə gənələrdən qaynaqlanan Krım-Konqo Qanamalı Qızdırması (KKKA) hallarında artım müşahidə olunur.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivas şəhərində artıq 22 yoluxma halı aşkarlanıb.
Yoluxanlardan 4-ü ölüb.
Son 9 gündə 22 yoluxma və 4 ölümün baş verdiyi bölgədə əhali təşviş içindədir.
Sivas valiliyindən bildirilib ki, xəstəlik mövsümi və ətraf mühit amilləri səbəbiylə baş verir. Sivas və ətraf vilayətlərdə gənə ilə yoluxan KKKA-nın qarşısının alınması üçün maarifləndirmə işləri aparılır.