“Hakimiyyət orqanları son həftələrdə sənayedə səslənən problemlərə tezliklə konkret həll yolları təqdim etməsələr, yeni magistral yolların bağlanması və fermerlər tərəfindən digər etirazların olması mümkündür”.
Publika.az xəbər verir kiu barədə Fransa Fermerlər İttifaqları Milli Federasiyasının (FNSEA) lideri Arnaud Russo yerli telekanala müsahibəsində bildirib.
“Biz sadəcə gözləmək məcburiyyətində deyilik, aksiyalar mütləq yerlərdə iştirakçıların təşəbbüsü ilə həyata keçiriləcək. Yaxın 15 gün ərzində və ondan sonrakı müddətdə yerlərdə aksiyalar keçirməyə davam edəcəyik”, - o bildirib.
Russo əlavə edib ki, bütün tələblərin yerinə yetirilib-yetirilmədiyinə və Fransa kənd təsərrüfatını xilas etmək üçün kifayət qədər tədbirlərin görülüb-görülməməsinə son nəticədə qərar verən fermerlərdir.
“Biz yeni qanunu gözləyirik, vədlərin konkret icrasını gözləyirik”, - o əlavə edib.