Bir sıra Bundesliqa klublarının və Almaniya millisinin sabiq hücumçusu Maks Kruz futbola qayıdıb.
Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu karyerasını ötən ilin noyabrında bitirdiyini elan etmişdi. O, ötən həftə sonu Almaniyanın 6-cı divizionu olan Ferbandsliqada keçirilən oyunda həvəskar Berlin klubu “Əl-Dersimspor”un heyətində meydana çıxıb.
Sosial şəbəkələrdə müxtəlif mənbələr Kruzenin dəhşətli fiziki formada olduğunu və açıq-aşkar kilo aldığını göstərən fotolarını dərc ediblər.