"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin zədəsi ciddi olduğundan uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
QÜTB.AZ xəbər verir ki, "Qarabağ"ın qolkiperinin minimum dörd ay komandaya kömək edə bilməyəcəyi açıqlanıb.
Xatırladaq ki, o, avqustun 5-də məşq zamanı zədələnib. 30 yaşlı qolkiperin əməliyyata ehtiyacı olmayacağı bildirilir.
Bununla belə, sağalması üçün Məhəmmədəliyevə 4 aya qədər vaxt lazım olacaq.