Almaniya kansleri Olaf Şolts ABŞ-a səfəri zamanı oxşarı ilə görüşüb.
Publika.az xəbər verir ki, fevralın 8-də Vaşinqtonda danışıqlar dəhlizində Almaniya hökumətinin başçısı Almaniya kanslerinə çox bənzəyən demokrat senator Kris Kunsla üz-üzə gəlib.
Siyasətçilər görüşü yumorla qarşılayıb, hətta birlikdə şəkil də çəkdiriblər. Şolts fotonu “X” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
O, "Oxşarım Kris Kunsu yenidən görməkdən məmnunam" yzıb.
Amerikalı senator Kuns öz profilində alman dilində orijinal selfiyə imza atıb: “Kim kimdir?”
Bu, onların ilk görüşü deyil. Siyasətçilər 2021 və 2023-cü illərdə də görüşüblər.