Azərbaycanda mayın 16-dan etibarən küləkli hava şəraiti ilə bağlı "Rəng xəbərdarlıq sistemi" fəaliyyətə başlayıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, çəhrayı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim olunur.
Qeyd edək ki, dünya təcrübəsinə əsaslanan "Rəng xəbərdarlıq sistemi” əhalinin diqqətini daha çox cəlb etmək və küləkli hava şəraiti ilə bağlı xəbərdarlığın əhəmiyyətini vurğulamaq üçün önəmlidir.