Braziliyalı fitnes-bloqer Bell Ponçiano ölkənin cənub-şərqindəki Balneario Camboriu çimərliyinə helikopterdən pul səpələyib.
Publika.az xəbər verir ki, bu barədə “Metropoles” qəzeti yazır.
O, helikopterdən 10 min real (3314,42 azn) yerə atıb. Lentə aldığı görüntüləri isə sosial şəbəkədə paylaşıb.
Sahildəki insanlar isə dərhal "pul yağışı"nı yığmağa tələsiblər.
“Bunu gözləmirdin, elə deyilmi? Balnearioda pul yağdırdığım gün!" - Ponçiano şərh yazıb.
Qeyd edək ki, bloqer əvvəllər də oxşar aksiya təşkil edib. O, avtomobilinin pəncərəsindən yoldan keçənlərə pul atıb.
Hüseyn İbadlı