12.10.24 | Bakı 20.03° C |
10:06:25
Lent :

III Çarlz etiraf etdi: Onları oxuyanda ağladım

22 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Böyük Britaniya kralı III Çarlz fevralın 5-də Bukingem Sarayının monarxın xərçəng xəstəliyini elan etməsindən sonra ilk dəfə baş nazir Rişi Sunakla şəxsi görüş keçirib.

Publika.az xəbər verirk ki, bu barədə "Sky NewsÜ məlumat yayıb.

“Mən çoxlu gözəl arzular və məktublar almışam. Onlar mənim kövrəlməyimə və ağlamağıma səbəb oldular”, - deyə kral Sunaka bildirib. Əlahəzrət hökumətin başçısı ilə həftəlik görüşlərində də “qısa fasilədən” təəssüfləndiyini bildirib. Ənənəvi olaraq, monarx hər çərşənbə günü baş naziri qəbul edir, lakin kralın xəstəliyi ilə bağlı xəbərlərdən sonra onların bir müddət şəxsən deyil, telefonla əlaqə saxlayacaqları açıqlanıb.

75 yaşlı monarxa hansı növ xərçəng diaqnozu qoyulduğu barədə məlumat verilmir, lakin Britaniya mediasına görə, söhbət prostat xərçəngindən getmir, kral yanvar ayında xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur