31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Rus şərhçi "Qarabağ" - "Bayer" oyununa proqnoz verdi: Güman edirəm ki...

07 mar 2024 08:00
İDMAN
ads
Advertisement

Futbol şərhçisi Semyon Ziqayev Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” oyunu ilə bağlı proqnozunu bölüşüb.

Publika.az xəbər verir ki, o, Azərbaycan təmsilçisinin rəqibinə ciddi müqavimət göstərəcəyini düşünür:

""Bayer" bu mövsüm bütün yarışlarda məğlub olmayıb. Bundesliqada Xabi Alonsonun komandası çox yaxşıdır, son turda “Köln”ə 2:0 hesabı ilə qalib gələ bilib.

Maraqlıdır ki, bu komandalar artıq qrupda üz-üzə gəlib, hər ikisində almanlar 5:1 və 1:0 hesablı qələbə qazanıb.

Növbəti matçda aşkar favorit "Bayer"dir, lakin indiki mərhələdə komanda əsas qüvvəsini Bundesliqaya yönəldib. Buna görə də rəqib daxili turnir haqqında düşünməyə və Avropa yarışlarına ciddi yanaşmaya bilər. Ona görə də, güman edirəm ki, sensasiyalı “Qarabağ” bu dəfə də ciddi müqavimət göstərə bilər. Bu matçda hər iki komandanın qol vuracağını gözləyirəm”.

Qeyd edək ki, “Qarabağ” – “Bayer” oyunu bu gün, 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur