İngiltərə millisinin və "Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi " Birmingem"in baş məşqçi postundan qovulub.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Birminqem” hələlik bu xəbəri rəsmən təsdiqləməyib.
Ueyn Runi 2023-cü ilin oktyabrında "Birmingem"i çalışdırır. Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib. “Mavilər” iki qələbə qazanıb, doqquz məğlubiyyət alıb və dörd dəfə heç-heçə edib.
“Birmingem” hazırda Çempionşipdə turnir cədvəlinin 20-ci pilləsindədir. Dünən Ueyn Runi komandası səfərdə "Lids"ə 0:3 hesabı ilə məğlub olub. Eyni zamanda, "mavilər" ardıcıl 5 rəsmi oyundur ki, qələbə qazana bilmir.