"Mançester Yunayted"in hücumçusu Markus Raşford gecə klubuna getdiyi üçün cərimələnəcək.
Publika.az xəbər verir ki, onun cəzası iki həftəlik maaşı - 650 min funt sterlinq olacaq.
İngiltərə millisinin üzvü xəstəlik səbəbiylə cümə günü məşqi buraxıb. Daha sonra məlum olub ki, Reşford həmin gün Belfastdakı gecə klublarından birində əylənirmiş. Bu barədə mediada məlumat yayımlandıqdan sonra “Mançester Yunayted” yetirməsini cərimələmək qərarına gəlib.
26 yaşlı forvard bu mövsüm 26 matçda cəmi 4 qol vurub.
Heybət