"Əl-Hilal"ın hücumçusu Neymarın son durumu açıqlanıb.
Publika.az xəbər verir ki, Braziliya millisinin həkimi Rodriqo Lasmar çarpaz bağ yırtığından əməliyyat olunan futbolçunun bu ilin iyul-avqust aylarında sağalacağını bildirib:
“Hələ onunla reabilitasiyasının yarısına belə çatmamışıq. Yalnız 9-10 aylıq fizioterapiya prosedurlarını başa vurduqdan sonra onun meydana qayıtmasını qəti şəkildə təsdiqləmək mümkün olacaq.”
Xatırladaq ki, 32 yaşlı futbolçu ötən il oktyabrın 18-də Braziliya millisinin Uruqvay ilə DÇ-2026-nın seçmə matçında zədələnmişdi.
Bu mövsüm Neymar bütün yarışlarda 5 matçda iştirak edib, 1 qol vurub və üç məhsuldar ötürmə edib.
Heybət