09.04.25 | Bakı 15.03° C |
18:55:34
Lent :

Ronaldo ölüm ayağında olan 4 yaşlı fanatına belə jest etdi

03 iyl 2024 13:00
İDMAN
ads
Advertisement

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

Publika.az xəbər verir ki, o, ölüm ayağında olan azyaşlı fanatına jest edib.

Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyunundan sonra (0:0, pen-3:0). Kriş görüşü tribunadan izləyən 4 yaşlı fanatı Avar Şenk ilə görüşüb. Uşaq xərçəngdən əziyyət çəkir və cəmi bir neçə həftə ömrü qalıb.

39 yaşlı futbolçu uşağın arzusunu həyata keçirib. Matçdan sonra uşaqla və onun ailəsi ilə görüşüb. Avar xəstəliyi səbəbindən danışa bilməsə də, ancaq kumirinin onun ünvanladığı sözləri eşidib.

Görüş zamanı Avarın üzündə təbəssüm yaranıb. Portuqaliyalı uşaqla bir neçə dəqiqə vaxt keçirib. Sonda ona xatirə hədiyyəsi olaraq imzalı top və forma verib.

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez də 4 yaşlı uşağa biganə qalmayıb. Məşqçi avtoqraf, matçın baş hakimi Daniele Orsato isə sarı və qırmızı vərəqə verib.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur