NASA Aya enişi 2027-ci ilə qədər təxirə salır.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edilib ki, bu, avadanlıqların təhlükəsizliyi ilə bağlı kritik məsələlərin aradan qaldırılması zərurəti ilə bağlıdır.
Layihə "Artemis II", insanın Yer peykinə ilk enişindən sonra 50 il ərzində ilk dəfə olaraq dörd nəfərlik ekipajı Aya endirəcək. Bunun 2026-cı ilin aprel ayına qədər edilməsi planlaşdırılırdı.
Əsas problem Lockheed Martinin "Oreon" kosmik gəmisinin istilik qoruyucusu ilə bağlıdır. İstilik qoruyucusu gəminin Yerə qayıtması və planetin atmosferindən keçməsi zamanı ekipajı həddindən artıq istiləşmədən qorumaq üçün lazımdır.
Hüseyn İbadlı