ABŞ-ın Delaver ştatının hakimi "Tesla" tərəfindən İlon Maska verilən 55,8 milyard dollarlıq maaş müqaviləsini ləğv edib.
Publika.az xəbər verir ki, hakim Kathaleen McCormick Tesla İdarə heyətinin maaş paketini təsdiqləməsinin son dərəcə qüsurlu olduğuna qərar verib.
Mask bununla bağlı paylaşım edib: “Heç vaxt şirkətinizi Delaver ştatına daxil etməyin”.
Bu əmək haqqı sövdələşməsi şirkətin tarixində ən böyük müqavilə olub və Maskın dünyanın ən zəngin insanlarından biri olmasına kömək edib. "Tesla" rəhbərləri razılaşmanın dünyanın ən dinamik sahibkarlarından birinin diqqətini şirkətə yönəltməyə davam etməsini təmin etmək üçün edildiyini iddia ediblər.
Qərardan Delaver Ali Məhkəməsinə şikayət verilə bilər.
Nyu-York ticarətində "Tesla"nın səhmləri təxminən 3 faiz ucuzlaşıb, bu il isə dəyərinin 20 faizindən çoxunu itirib.
Roza Şəfiyeva