Britaniya alimləri “COVİD-19” ilə bağlı apardıqları elmi araşdırmada bəzi insanların niyə virusa yoluxmadığının səbəblərini araşdırıblar.
Publika.az xəbər verir ki, Böyük Britaniyada yerləşən London İmperial kollecində aparılan elmi araşdırmada bununla bağlı bəzi detallar məlum olub.
Belə ki, həmin insanların unikal immun reaksiyalarına sahib olduqları aşkar edilib. Araşdırmada deyilir:
“Virusa dərhal yoluxan şəxslərdə immun reaksiyası görülməyib. Digərlərində isə burunda əvvəllər heç vaxt görülməmiş anadangəlmə immun reaksiyaları görülüb. Tədqiqatçılar yoluxmayanların HLA-DQA2 adlı genin yüksək səviyyədə olmasının insanlara uzunmüddətli infeksiyanın yayılmasının qarşısını almağa kömək etdiyini təsdiq ediblər”.
Aysel Şahmar