Çinin cənub-qərbindəki Quizhou əyalətində mədəndə baş verən yanğın 16 nəfərin həyatına son qoyub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə Pançjou şəhəri yaxınlığındakı Şanzyaoşu kömür mədənində yerli vaxtla təxminən 08:00-da olub. İlkin məlumata görə, yanğın konveyerdə baş verib və 16 işçi ölüb.
Yanğınsöndürənlər yanğını söndürüblər.
Milli.Az