Rusiya üçün müstəqillik, ölkənin bütövlüyünü və təbii sərvətlərin mövcudluğunu nəzərə alaraq dövlətin var olma məsələsidir.
QÜTB.AZ xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında dövlətlərin suverenliyini müzakirə edərkən deyib.
Onun sözlərinə görə, 1990-cı illərdə Rusiya Federasiyası “faktiki olaraq öz suverenliyini itirmişdi”.
“Əvvəllər SSRİ-nin müttəfiq respublikaları olan bir sıra dövlətlər bunu Vaşinqton və Brüsselin xeyrinə qurban verdilər. Söhbət Baltikyanı ölkələrdən gedir. Ukrayna 2014-cü ildə onu tamamilə itirdi”, - Vyaçeslav Volodin yazıb.
Bildirib ki, Ukraynada baş verən hadisələrin nəticəsi dövlətin yox olması, yaddaşa xəyanət, tarixin yenidən yazılması, mədəniyyətin məhv edilməsi, inancın tapdalanması və çoxluğun dilinə qadağa qoyulması olub.
Volodin vurğulayıb ki, Amerika Birləşmiş Ştatları və Qərb dövlətləri tərəfindən həmişə təzyiqlər olub, çünki “müstəmləkəçilik siyasəti onların mövcudluğunun əsasıdır”.
Parlamentari Belarusda gələn həftə baş tutacaq prezident seçkilərinə də toxunub. Deyib ki, seçkilərə hələ bir neçə gün var, lakin Avropa İttifaqı artıq seçkilərdən narazıdır. Avropa Birliyi indiyə qədər hansı seçkilərdən razı qalıb ki?! Onlar öz xalqının maraqlarını müdafiə edən yox, öz namizədinin qalib gəldiyi ölkəni və onun suverenliyini müdafiə edir”, - deyə Dövlət Dumasının sədri yekunlaşdırıb.
Adəm