Türkiyənin əfsanəvi ulduzu Barış Mançonun həyatı haqqında film çəkiləcək.
Publika.az xəbər verir ki, bu barədə məşhur müğənninin oğlu Doğukan Manço danışıb.
Filmin ssenarisinin ailə üzvləri tərəfindən bəyənildiyini deyən Doğukan atası Barış Mançonu canlandıracaq aktyorla bağlı kastinqlərin davam etdiyini bildirib:
“Mənə “atanı canlandırarsanmı?” deyə bu obrazı təklif etdilər. Çox istərdim, təəssüf ki, aktyor deyiləm. Bir çox aktyorlarla kastinq aparılır. Hələ ki, ürəyimə yatan biri yoxdur. İstedadlı birini görmək istəyirik”.
Ekran işinin üzərində məsuliyyətlə işləndiyini qeyd edən Manço "Ömrümün 24-25 ilini atamın adına layiq olmağa və bu adı şərəflə qorumağa çalışdım. Bundan sonra da belə olacaq. Çox qurbanlar verdim. Adıma ləkə gəlməməsi üçün küçəyə çıxmadığım zamanlar oldu”, - deyə əlavə edib.
Cəmilə