Rusiyanın Tuva Respublikasındakı Şaqonarskaya İES-də güclü partlayış baş verdi.
Publika.az Lenta.ru-ya istinadla xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.
Partlayış zamanı ərazidə ümumilikdə 21 nəfər işçi olub.
“Mən həmin yerə gəldim. Şaqonarskaya İES-də baş verən yanğın lokallaşdırılıb. Hazırda 18 nəfər xəstəxanadadır”, - deyə respublikanın başçısı Vladislav Xovalıq deyib.
Onun sözlərinə görə, zərərçəkənlərdən 6 nəfərin vəziyyəti ağır, daha 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç zərərçəkənin vəziyyəti həkimlər tərəfindən qənaətbəxş kimi qiymətləndirilib. Onların hamısı Qızıl Respublika xəstəxanalarına yerləşdirilib.
Hadisənin səbəbləri hələlik məlum deyil. Hadisə yerində daha 3 nəfər dağıntılar altında qala bilər.
Hüseyn İbadlı