"TikTok"da 30 nəfərə qarşı dələduzluq edən şəxs saxlanıldı - FOTO
Azərbaycanda bu şəxslərin də ailə qurmasına İCAZƏ VERİLMƏYƏCƏK
Almaniya XİN başçısı İsrailə səfər edib - Fələstinə də gedəcək
828 metrlik göydələn “Bürc Xəlifə” dünyanın ən hündür və çoxmərtəbəli binasıdır. Ancaq bu həftə Yer kürəsinin yanından keçəcək asteroidlə müqayisədə o, kiçikdir.
Söhbət diametri 1,8 km olan 7335 (1989 JA) obyektindən gedir.
NASA asteroidi potensial təhlükəli kateqoriyasına aid etsə də, onun planetimiz üçün təhlükə yaratması ehtimalı çox azdır. Belə ki, obyekt təxminən 4 milyon km məsafədə uçur. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur.
Asteroid Yerə ən çox mayın 27-i yaxınlaşacaq. NASA-nın məlumatına görə, o, bu il planetimizin yanından keçən ən böyük asteroid olacaq.
Mənbə: ferra.ru