Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın İraqa səfəri çərçivəsində İraq prezidenti Əbdüllatif Rəşid, İraqın baş naziri Məhəmməd Şiyə Es-Sudani, şiə və sünni qrupların nümayəndələri və türkmənlərlə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə terrorla mübarizə, terror təşkilatı PKK ilə mübarizədə ortaq addımlardan danışlıb. Həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq, DEAŞ-la mübarizədə əməkdaşlığın davam etdirilməsi, inkişaf yolu layihəsi kimi mövzular müzakirə edilib.
Qəzza müharibəsi, onun İraq və bölgə ölkələrinə təsiri də müzakirə mövzusu olub.
Aysel Şahmar