Ukraynalı məşhur bloqer Oleq VSHH ikinci cəhddə Ukraynanı tərk etməyi bacarıb və Parisdən kadrları yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri öz "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunur ki, ilk cəhd iyunun 21-də olub, bloqer daha 46 nəfərlə birlikdə Moldova ilə sərhəddə sərhədçilər tərəfindən saxlanılıb .
İyulun 28-də Oleq VSHH "Instagram"da Parisdəki Eyfel qülləsinin fonunda "gülüş" işarəsi ilə video və foto yayımlayıb.
Hüseyn İbadlı