“Mançester Yunayted”in hücumçusu Markus Reşford yenə qalmaqalla gündəmə gəlib.
Publika.az xəbər verir ki, ingilis futbolçu bu dəfə məşhur kolumbiyalı model Erika Korrea ilə birlikdə gecə klublarının birində görüntülənib.
“The Sun” nəşrinin məlumatına görə, jurnalistlər futbolçunu sevgilisi ilə birlikdə məkanın VİP otağın görüblər. Burada cütlük bir qədər gizli qalmağa çalışıblar.
Markus ətrafındakıların diqqətini çəkən kimi Korrea ilə birlikdə klubu arxa qapıdan tərk etməli olub.