"Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda 2025-ci ilin mart ayına qədər konsertlərin keçirilməsi qadağan edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Yenidənqurma işləri başa çatdıqdan sonra arena təkcə komandanın matçları üçün deyil, həm də bu ilin may ayından müxtəlif dünya ulduzlarının, xüsusən də Teylor Sviftin konsertlərinin keçirilməsi üçün istifadə olunmağa başlanılıb.
Lakin paytaxt sakinləri şəhərin tam mərkəzində yerləşən yenilənmiş stadionda vəziyyətdən narazı qalıblar. Buna səbəb həddindən artıq səs-küylə bağlı çoxsaylı şikayətlərdir. Buna görə bütün tərəfləri qane edən bir həll tapılana qədər konsertlərin dayandırılması qərara alınıb.
İyul ayında tədbirin yerli vaxtla saat 23:00-dan gec olmayaraq başa çatacağı barədə razılaşma elan edilib. Bu qərara görə 4 konsert ləğv edilməli olub.
Qutb