Böyük Britaniyadan olan üç yaşlı uşaq yemək pozğunluğu səbəbindən qəflətən yeməyi dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə “Liverpool Echo” məlumat yayıb.
Mersisayd ştatının Pensbi şəhərindən olan autizm spektri pozğunluğu olan Oliver iki yaşında ikən yeməkdən imtina edib. Oliver bütün yeməklərdən və qablardan qorxmağa başlayıb, hətta onlara toxunmayıb. Narahat olan valideynlər həkimə müraciət ediblər və müayinələr nəticəsində oğlana selektiv qidalanma pozğunluğu və ya məhdudlaşdırıcı qida istehlakı pozğunluğu diaqnozu qoyulub.
Bu tip yemək pozğunluğunda insan rəngi, ölçüsü, qoxusu, dadı, teksturası və ya keçmiş mənfi təcrübələrinə görə müəyyən qidalardan şüurlu şəkildə çəkinir.
Həkimlər Oliver üçün qidalanma borusu quraşdırmalı olublar və bu boru vasitəsilə o, təxminən bir il yarımdır ki, qida və maye qəbul edir.
“Bir çox insan ac olanda yemək yeyəcəyini deyirdi. Amma Oliver istəmir, o, sözün əsl mənasında aclıqdan ölür”, – deyə uşağın anası bildirib.
Qadının sözlərinə görə, uşağının yeməkdən qorxması autizm spektri pozğunluğu səbəbiylə hissiyyatın işləmə pozğunluğu ilə əlaqələndirilir. Oliverin valideynləri nadir rast gəlinən IORPP diaqnozuna diqqət çəkmək istəyirlər və bunun üçün onlar hekayəni mətbuatla bölüşüblər.
Cəmilə