09.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Başqasının adına saxta profil açan şəxs CƏZALANDIRILDI

09 okt 2025 07:00
HADİSƏ
ads
Advertisement

Culfada sosial şəbəkədə saxta profillər yaradaraq həmyaşıdlarını təhqir edən 1997-ci il təvəllüdlü şəxs cəzalandırılıb.

Qutb.az-ın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında “Instagram”da saxta profil yaradaraq Culfa sakini Murad Quliyevin (ad şərtidir) şəkillərini onun xəbəri olmadan paylaşıb və həmin hesabın guya Murada məxsus olduğu təəssüratını yaradıb.

O, bu hesabdan zərərçəkmişə cinsi məzmunlu mesajlar göndərib və müxtəlif dövrlərdə onun barəsində alçaldıcı paylaşımlar edib. Daha sonra yenidən oxşar saxta profillər yaradaraq həm Muradı, həm də onun ailə üzvlərini təhqir edən paylaşımlar yayıb.

Məhkəmədə dindirilən şəxs törətdiyi əməli etiraf edib və hərəkətlərini “zarafat” kimi izah edib. O, Muradla yanaşı, iki digər tanışının adından da saxta profillər açdığını etiraf edib, lakin onların heç birindən pul və ya maddi tələb irəli sürmədiyini bildirib.

Zərərçəkmiş Murad Quliyev ifadəsində bildirib ki, 2024-cü ilin iyunundan başlayaraq onun adına saxta profillər açılıb və həmin profillərdən “ya mənə yazmalısan, ya da səni biabır edəcəyəm” kimi hədələyici mesajlar gəlib.

Profil səhifələrində onun fotoları paylaşılaraq təhqiredici şərhlər yazılıb. Bu hallar barədə Murad Culfa Rayon Polis Şöbəsinə və Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət edib. Araşdırma nəticəsində həmin profillərin Culfa sakini tərəfindən idarə olunduğu müəyyən edilib.

Hadisə ilə bağlı dindirilmiş digər şahidlər də bənzər təhqirlərlə üzləşdiklərini və bu hesabların eyni şəxs tərəfindən yaradıldığını bildiriblər.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi (internet resurslarında təhqir və böhtan) ilə təqsirli bilinib.

Məhkəmə qərarı ilə o, 1000 manat məbləğində cərimələnib.

Elnur Əmirov

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur