UEFA İntizam Komitəsi AVRO-2024-də azarkeşlərin davranışına görə 7 milli federasiyanı cəzalandırıb.
Publika.az xəbər veri ki, ən böyük cəriməni Xorvatiya alıb - 50 min avro. Federasiya azarkeşlərin irqçi və ayrıseçkilik xarakterli davranışlarına görə cərimələnib.
Analoji pozuntuya görə Rumıniya 40 min, Albaniya, Macarıstan, Sloveniya və Serbiya 30 min, Avstriya 20 min cərimə olunub.
Bundan əlavə, UEFA-nın himayəsi altında bütün federasiyalara növbəti səfər matçı üçün azarkeşlərinə bilet satmaq qadağan edilib. Bununla belə, Albaniya, Macarıstan, Avstriya və Sloveniya üçün məhdudiyyət 2 il sınaq müddəti ilə şərtlənir.
Heybət