30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bu şəxslərə verilən sosial yardım artırıla bilər: Nə etmək lazımdır?

26 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmayacağı ilə bağlıdır. Yəni əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun yardım məbləği də artırılacaqmı?

Publika.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələ ilə bağlı deyib ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir:

“Yəni ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər. Qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər.

Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə, o halda yenidən müraciət hüququna malikdir. Bununla, həmin ailə daha çox məbləğdə yardıma müraciət edib əldə edə bilər. Həmin ailə elektron kabinet üzərində yardımın dayandırılması və yenidən müraciəti həyata keçirməlidir. Bütövlükdə, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də imkanlar yaradır”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur