08.11.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Övladı əsgərliyə gedən DEPUTATLAR

08 noy 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Deputatlar siyasi qərarları ilə yanaşı, həm də şəxsi həyatlarının bəzi detallarına görə cəmiyyətin diqqət mərkəzindədir. Onların övladlarının hərbi xidmətə gedib-getməməsi məsələsi ictimai marağın dəyişməz mövzusudur. Xüsusi ilə 5 il əvvəl Vətən müharibəsi dövründə bu mövzu ətrafında yaranan müzakirələr cəmiyyətin deputatlardan gözləntilərini bir daha aydın şəkildə ortaya qoyur.

Qutb.az deputatlar arasında övladlarının əsgərliyə gedib-getmədiyi ilə bağlı sorğu keçirib.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının sözlərinə görə əsgərliyə yararlı bütün oğlan uşaqları hərbi xidmətə getməlidir: "Hərbi xidmətə getmək nə siyasətçinin, nə qeyri - siyasətçinin övladına bağlı olmalıdır. Azərbaycanda əsgərliyə yararlı bütün oğlan uşaqları vaxt gəldikdə hərbi xidmətə mütləq getməlidir. İllərdir səfər etdiyim Türkiyədə görürəm ki, övladı əsgər getməyən şəxslərə yaxşı baxmırlar. Mənim oğlum universiteti bitirən kimi əsgərliyə gedib, 1 il xidmət çəkib, alnının ağı ilə çox da gözəl xidmət edib. Ondan sonra təhsilini davam etdirib, - magistratura təhsili alıb. İndi əsgərlər üçün hərbi xidmətlərdə hər cür şərait yaradılıb. Əsgərliyə zülm yeri kimi baxılmamalıdır. Əsgərlik hər bir azərbaycanlı kişisinin həm borcu, həm də şərəf məsələsidir". 

Millət vəkili Aydın Mirzəzadənin oğlu universitet təhsilindən sonra bir illik hərbi xidmətini çəkib. 

Deputat Vüqar Rəhimzadə bildirib ki, hər üç oğlunun ikisi əsgərliyə gedib. "3 oğlum var, ikisi Bakı Dövlət Universitetinin bitirdikdən sonra hərbi xidməti uğurla başa vurub. İlk oğlum 2016, digəri isə 2018-ci ildə əsgərliyə gedib. Son beşik oğlum da bu il orta məktəbi bitirib və Bakı Dövlət Universitetinə qəbul olunub. O da ali təhsilini bitirdikdən sonra əsgərliyə gedəcək. Hərbi xidmətdən keçmək şərəfli işdir" - deyə o qeyd edib.

Deputat Novruz Aslanın oğlu isə hazırda hərbi xidmətdədir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, hər iki oğlu hərbi xidmət borcunu yerinə yetirib.

Millət vəkili Tahir Rzayev hərbi xidmətdə olmaq, torpaqlarımızı qorumaq hər bir şəxsin borcu olduğunu bildirib.
“İki oğlum var, hər ikisi də orduda xidmət edib. Hərbi xidmətləri yüksək səviyyədə qiymətləndirilib və geri dönüblər”. 

Deputat onu da bildirib ki, özü də 18 yaşı tamam olandan sonra hərbi xidmətə gedib. “Əsgər olmuşam, zabit kimi geri qayıtmışam. Mən həmişə qohum-əqrabalarımın əsgər getməsinin tərəfdarıyam”. 


Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, onun övladları hələ ki ali təhsil alır:

“Mənim iki oğlum magistratura təhsili alır, üçüncü oğlum isə Bakı Dövlət Universitetində birinci kursda tələbəsidir. Təhsillərini bitirdikdən sonra onları hərbi xidmətə yola salacağıq. Mən özüm tibb xidməti leytenantı kimi Tərtər rayonunda həm hərbi xidmət keçmişəm, həm də tibb işçisi kimi fəaliyyət göstərmişəm. Qardaşım da hərbi xidmətdən keçib. Ehtiyatda olan baş leytenant kimi 44 günlük Vətən müharibəsində iştirak edib və müharibənin ilk günündən son gününə kimi Hadrut döyüşlərində də daxil olmaqla bölük komandiri olaraq döyüş əməliyyatlarında iştirak edib. Digər qardaşım isə Ədliyyə Nazirliyinin mühafizə alayında öz borcunu yerinə yetirib. Biz qardaşlar olaraq Vətən qarşısında borcumuzu yerinə yetirdiyimiz kimi, oğullarımız da bu şərəfə nail olacaqlar".

Deputat Əli Məsimli isə sorğumuza cavab olaraq bildirib ki, oğlu Anar 2008-ci ildə hərbi xidmət borcunu yerinə yetirib. O, 2008-ci ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur