"Kanal D"də yayımlanan "İnci Taneleri" serialında səsləndirildikdən sonra məşhurlaşan "Dilber" mahnısının ifaçısına 1 milyon lirəlik təklif gəlib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ancaq mahnıya serialın prodüserinin embarqo qoyduğu üzə çıxıb.
Belə ki, ölkədə son günlərin ən populyar mahnısı olan "Dilber"in ifaçısı Erkal Sonelə 1 milyon lirə qarşılığında duet təklif edilib. Lakin serialın prodüseri Erkal Sonel tərəfindən bu təklif rədd edilib.
Təklifi irəli sürən vokal sənətçisi Mustafa Sezginə embarqonun serial bitənə qədər davam edəcəyi bildirilib.
Qeyd edək ki, adı çəkilən mahnı rəqəmsal platformalarda ən üst sıralarda yer alır.