Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə QÜTB.AZ-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Ağsuda 5 mm, Qrız, Qəbələ, Şahbuzda 2 mm, Şahdağ, Gədəbəydə 1 mm-dək olub.
Aprelin 19-da saat 16:14-16:54 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Ağstafada 25 m/s, Tovuz, Daşkəsəndə 20 m/s, Gədəbəydə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 28-32, Aran rayonlarında 29, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.