Səbirsizliklə gözlənilən 96-cı "Oskar" mərasimində "Poor things" filmindəki roluna görə "Ən yaxşı aktrisa" mükafatını qazanan Emma Stoun səhnədə çətin anlar yaşayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Los Ancelesdəki Dolby Teatrında Cimmi Kimmelin aparıcılığı ilə baş tutan gecədə Stoun mükafatını almaq üçün səhnəyə çıxanda libasının arxası cırılıb. Aktrisa emosional şəkildə çıxış edərkən paltarının cırıldığını etiraf edib.
"Nə dedim bilmirəm, aman tanrım. Yaxşıyam. Paltarım cırıldı. Mən tam əminəm. Oh, bu, həqiqətən də sıxdır. Bağışlayın. Mən bunu inkar edə bilərdim, amma bu anı o qədər uzun müddətdir xəyal edirdim ki, bunun nə vaxtsa baş verəcəyi ehtimalı görünmürdü və indi mən burada dayanıram və ağlımdan hər şey uçub getdi", - Emma çıxışında vurğulayıb.