Parisdə keçiriləcək “Qızıl top” mərasiminə heç bir “Real Madrid” təmsilçisi qatılmayacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədəki səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, nə klub prezidenti Florentino Peres, nə komandanın baş məşqçisi Karlo Ançelotti, nə də Vinisius Junior Fransa paytaxtında olmayacaq.
Tədbiri boykot etmək qərarı “kral klubu”nun cinah oyunçusunun “Qızıl top”u ala bilməyəcəyi ilə bağlıdır.
Bundan əvvəl mətbuatda “Qızıl top”un qalibinin “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olacağı ilə bağlı məlumatlar yayılmışdı.