Təbriz-Urmiya yolunda sərnişin avtobusu qoşqulu yük avtomobili ilə toqquşub.
Publika.az xəbər verir ki, nəticədə 22 nəfər xəsarət alıb, 1 nəfər isə həyatını itirib. Qəzaya uğrayan avtobusda Təbrizin “Traktor” klubunun azarkeşləri olublar. Onlar dünən, “Havadar”la baş tutan matçı izləmək məqsədilə Təbrizə gəlirmişlər.
Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi “Havadar”ı doğma azarkeşləri önündə 4:2 hesabı ilə məğlub edib.
Heybət