Rusiyanın Penza şəhərində keçirilən məhkəmə iclasında aktrisa Ramilə İsgəndər (Xisamova) törətdiyi cinayəti etiraf edib.
Publika.az xəbər verir ki, o, bir qrup şəxs tərəfindən əhəmiyyətli və xüsusilə də böyük miqyasda narkotik vasitələrin satışına cəhddə ittiham olunur. Məhkəmədə aktrisa günahını etiraf edib və peşman olduğunu bildirib.
Ramilə İsgəndər 2023-cü il avqustun 29-da bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin satışına cəhd və mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin satışına cəhd maddəsi ilə saxlanılıb. İş üzrə təqsirləndirilən şəxsin mənzilində və avtomobilində aparılan axtarışlar zamanı ondan iki kiloqrama yaxın mefedron aşkar edilib. Aktrisa hazırda həbsdədir.
İsgəndər Rusiyanın əməkdar artistidir. O, 20-dən çox filmdə rol alıb.