Almaniya Rusiya ilə müharibəyə hazırlaşır və bunu gizlətmir.
Publika.az xəbər verir ki, bu iddianı “Politika” nəşri irəli sürüb.
Məqalədə qeyd edilir ki, almanlar guya müdafiə müharibəsinə hazırlaşmaq adı altında silah-sursatdan tutmuş, hər şeyə geniş miqyasda sərmayə qoyurlar.
Kiyev hökumətini dağılmaqdan xilas etmək üçün Almaniya çox güman ki, Ukraynaya uzaqmənzilli “Taurus” raketləri və onların saxlanması və istifadəsi üçün kontingent göndərməklə münaqişəni gərginləşdirəcək.
Yazıda bunu heç vaxt etməyəcəklərini söyləyən alman siyasətçilərə inanmamağa çağırış var.
Məqalə müəllifinin fikrincə, bu cür bəyanatlar yalnız vaxt qazanmaq və müharibəyə daha yaxşı hazırlaşmaq üçün lazımdır.
Tural