29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Həbs edilən müdirin gözqamaşdıran mülkləri: Qubada 4 villa, Bakıda 3 ev, “Jeep...”

22 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

Ötən həftə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyevin bütün mülkləri satışa çıxarılıb.

Publika.az “7Times.az”a istinadən xəbər verir ki, R.Haciyevin Quba rayonu ərazisində yerləşən 4 dəbdəbəli villası, həmçinin onun Bakı şəhərinin Yasamal və Xırdalan rayonları ərazisində yerləşən daha 3 yaşayış mənzili satışa çıxarılıb. Mülklərin ümumi qiymətinin 2 milyon manat civarında olduğu bildirilir.

Eyni zamanda Rüfət Haciyevin Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən daha bir dəbdəbəli villası da satışa çıxarılıb. Qeyd edək ki, həmin villanı R.Haciyev yüksək çinli bir dövlət məmuruna müvəqqəti məskunlaşmaq üçün vermişdi. Dünən həmin yüksək vəzifəli məmur mənzili boşaldaraq ailəsinə təhvil verib.

Qeyd edək ki, R.Haciyevin Quba şəhəri ərazisində mövcud olan daha bir yarımtikili iaşə obyekti də satışa çıxarılıb. Həmin obyektin qiymətinin 200 min manat civarında olduğu bildirilir.

Qeyd edək ki, sadaladığımız bütün bu mülklərə və eyni zamanda şəxsi istifadəsində olan və qiyməti 70.000 AZN olan “JEEP Grand Cherokee”markalı avtomabilinə o, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı müddət ərzində sahiblənib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur