31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Alimenti ödəməyən şəxs məmurun başına telefon çırpdı

17 okt 2023 08:00
HADİSƏ
ads

Şəki Apellyasiya Məhkəməsində İsmayıllıda ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmədə təqsirləndirilən Elxan İbrahimovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az pravda.az-a istinadən xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

O, İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib və Elxan İbrahimov məhkəmə iclas zalından həbs olunub. İttihama görə, İsmayıllı Rayon Məhkəməsi Elxan İbrahimovdan üç azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün 2021-ci ildən başlayaraq hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq arvadına ödənilməsinə dair qətnamə çıxarıb. Lakin təqsirləndirilən şəxs bunu icra etməyib və o, İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilib. Elxan həmin şöbənin rəisi vəzifəsini icra etmiş, böyük icra məmuru, zərərçəkmiş Qafar Həsənovun (şərti) xidməti iş otağında olarkən onun ünvanına hədələyici və nalayiq ifadələr işlədib, özünə məxsus mobil telefonu qəsdən zərərçəkmiş şəxsin baş nahiyəsinə atıb. Bu zaman Qafar Həsənov özünü müdafiə etmək üçün sol əli ilə üz nahiyəsini tutub.

Daha sonra Elxan İbrahimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur