Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Trinidad və Tobaqonun BMT yanındakı daimi nümayəndəsi bildirib.
“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində DİM-lərə (Dayanıqlı İnkişaf Məqsədləri – red.) verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o qeyd edib.