Moskvada bir neçə şəxs dostunun sevgilisi ilə tanış olan 17 yaşlı oğlana təcavüz ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Moskvadakı universitetlərdən birinin 2-ci kurs tələbəsi olan 17 yaşlı oğlan gənc qızla tanış olduqdan sonra onunla görüşmək qərarına gəlib. Onlar elə həmin gün axşam saatlarında metro yaxınlığında görüş barədə razılığa gəliblər. Cütlük görüşəndə qız oğlanı evinə dəvət edib. Onlar evin girişinə daxil olanda qız açarları unutduğunu söyləyib. Elə bu zaman oğlan başından güclü bir zərbə hiss edib.
Təcavüzkar tələbənin dostunun sevgilisi ilə görüşdüyünü və indi buna görə cavab verməli olduğunu bildirib. Bundan sonra o, gənci maşına mindirərək “danışmaq” üçün meşəlik əraziyə aparıb. Bu işdə ona başqa bir dostu da kömək edib və onlar birlikdə tələbəni meşənin dərinliyinə aparıblar. Naməlum şəxslər gəncin telefonunu götürərək ondan pul tələb ediblər. Oğlanın cəmi 100 rublu olduğunu görəndə, onu təhqir etmək qərarına gəliblər.
Təcavüzkarlardan biri gənci zorlamağa başlayıb, digəri isə bütün bunları kameraya çəkib.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi araşdırmaya başlayıb. Məlumata görə, hazırda cinayətdə şübhəli bilinən iki asiyalı kişi və 15-16 yaşlı yeniyetmə qız axtarılır.
Cəmilə