Çadda son günlər baş verən daşqınlar nəticəsində azı 54 nəfər ölüb.
QÜTB.AZ xarici mediaya istinadla xəbər verir ki, ən çox zərər çəkən bölgə ölkənin şimalındakı Tibesti bölgəsi olub və burada təxminən bir həftə ərzində yağış yağıb.
Son günlər baş verən daşqınlar Qərbi və Mərkəzi Afrikanın bir sıra ölkələrinə, o cümlədən Qvineya, Konqo Demokratik ResQutb.azsı, Liberiya, Mali, Niger, Nigeriya və Toqoya təsir edib. BMT-nin məlumatına görə, ümumilikdə 700 mindən çox insan zərər çəkib.