Sabiq futbolçu Tiaqo Alkantara artıq “Barselona”nın məşqçilər korpusunda çalışmır.
QÜTB.AZ xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilir ki, “Barselona”nın gənclər komandası ilə işləyən Arnau Blanko 33 yaşlı Tiaqonun yerinə Flikin köməkçi məşqçisi vəzifəsini icra edəcək.
Tiaqo iyul ayında karyerasının bitirdi və tezliklə Flikin köməkçisi oldu. Klubun mətbuat xidmətindən həmin vaxt bəyanat yaydı ki, gənc mütəxəssis təcrübə qazanmaq üçün komanda ilə ABŞ-da keçiriləcək turnirə yollanacaq.
Tiaqo ikiqat Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi, yeddiqat Almaniya çempionu, dördqat İspaniya çempionudur. Onun İspaniya millisində 46 oyunda 2 qolu var.