Honq-Konqun "Cathay Pacific Airlines" şirkətinə məxsus təyyarə Malayziyanın Penanq şəhərinə uçarkən salondan gələn qəribə qoxu səbəbindən geri qaytarılıb.
Publika.az xəbər verir ki, şirkətdən verilən açıqlamada belə bir qərarın standart prosedura uyğun olaraq ehtiyat tədbiri kimi qəbul edildiyi bildirilib.
Təyyarə yoxlamadan sonra uçuşunu davam etdirsə də, sözügedən qoxunun mənbəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Roza Şəfiyeva